Dövlət Yaponiyanın keçmiş baş nazir Şinzo Abenin dəfn mərasiminə təxminən 1,65 milyard yen (12 milyon dollar) xərcləyəcək.
"Unikal" xəbər verir ki, avqustun sonlarında hökumət dəfn mərasimləri üçün 250 milyon yen məbləğində büdcəni təsdiqləyib. Lakin sonra yüksək səviyyəli qonaqlar üçün böyük təhlükəsizlik və yaşayış xərclərini əhatə etməyən qeyri-real rəqəmə görə tənqidlə üzləşib.
Sentyabrın 27-də Tokionun Nippon Budokanda baş tutacaq mərasimdə yüksək səviyyəli xarici qonaqlar da daxil olmaqla 6 minə yaxın qonağın iştirakı gözlənilir.
Qeyd edək ki, Abe iyul ayında seçki kampaniyası zamanı güllələnərək öldürülüb. Abenin qətlində şübhəli bilinən şəxs prokurorlara deyib ki, o, Abeni kütləvi toy mərasimləri və aqressiv pul toplama taktikası ilə tanınan Birləşmə Kilsəsi ilə əlaqəsi olduğuna inandığı üçün vurub.
Yomiuri qəzetinin bu ayın əvvəlində keçirdiyi sorğuda respondentlərin 56%-nin dövlət dəfn mərasiminin əleyhinə olduğunu və yalnız 38%-nin lehinə olduğunu məlum olub.