Meksikanın şimal-şərqindəki Nuevo-Leon ştatında güclü yağışlar nəticəsində 4 nəfər həlak olub, daha iki nəfər itkin düşüb.
"Unikal" xəbər verir ki, ölkədə son üç gündə əlverişsiz hava şəraitinin qurbanlarının ümumi sayı 8 nəfərə çatıb.
İlkin hesablamalara görə, ştatın bir neçə yüz sakini evləri su altında qaldığı üçün əmlakını tamamilə və ya qismən itirib.
Fırtına ən böyük maddi ziyanı Kadereyta bələdiyyəsinə vurub.
Hazırda “Kay” qasırğası Meksikanın Sakit okean sahilləri ilə hərəkət edir. Səlahiyyətlilər əhalini lazımi ehtiyat tədbirləri görməyə və mülki müdafiə qüvvələrinin xəbərdarlıqlarına əməl etməyə çağırıblar.