Böyük Britaniyanın yeni baş naziri Liz Trass Ukrayna prezidenti Volodimir Zelenskinin Ukraynaya səfər dəvətini qəbul edib.
"Unikal" xəbər verir ki, baş nazir kimi xarici liderlə ilk söhbətində Trass Böyük Britaniyanın “Ukraynada azadlıq və demokratiyaya sarsılmaz dəstəyini” bir daha təsdiqləyib.
Baş nazir yaxın həftələrdə və aylarda prezidentlə işləməyi səbirsizliklə gözlədiyini və Zelenskinin dəvəti ilə tezliklə Ukraynaya səfər dəvətini qəbul etməkdən məmnun olduğunu söyləyib.
Qeyd edək ki, Trass bu ilin fevralında xarici işlər naziri olarkən Kiyevə səfər edib.