Ukrayna ordusu Rusiyanın "Ka-52" helikopterini Xerson vilayəti yaxınlığında vurub. 

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının spikeri Yuri İqnat məlumat verib.

"Cəmi bir saat əvvəl işğalçıların daha bir "Ka-52" helikopteri ölkənin cənubunda, Xerson vilayətində Yuq Hava Komandanlığının hərbçiləri tərəfindən vurulub", - məlumatda deyilir. 

Ağarza Elçinoğlu