Vyetnamın cənub-şərqindəki Bin Duonq rayonunda üç mərtəbəli karaoke zalının ikinci mərtəbəsində yanğın baş verib.

"Unikal" xəbər verir ki, Vyetnam İctimai Təhlükəsizlik Nazirliyinin rəsmisi yanğın zamanı 17 kişi və 15 qadın olmaqla 32 nəfərin öldüyünü açıqlayıb.

Səlahiyyətlilər bildiriblər ki, binanın içərisi taxta materiallardan olduğu üçün alov qısa müddətdə ətrafa yayılıb, qatı tüstü işçilərin və müştərilərin təxliyəsini çətinləşdirib.

İlkin təsbitlərə görə, yanğının elektrik naqillərindəki problem səbəbindən başlaya biləcəyi qeyd edilib.

Binada axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.

13:21

Vyetnamın Bin Duonq əyalətində barda yanğın baş verib. 

"Unikal" xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və ilk yardım qrupları göndərilib. Yanğın nəzarət altına alınarkən, səlahiyyətlilər 12 nəfərin öldüyünü, 40 nəfərin yaralandığını bildirib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.