Litva Ukraynaya haubitsaların növbəti partiyasını göndərib.

"Unikal" xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyi məlumat yayıb.

"Litva Ukrayna Silahlı Qüvvələrinə maddi dəstək verməkdə davam edir. 105 mm-lik haubitsalarımız Ukraynaya gedir. Ukraynanın davamlı olaraq silah təchizatına ehtiyacı var. Biz fasilə verə bilmərik", - məlumatda deyilib.