KTMT-nin Ermənistana göndərilmiş missiyasının qabaqcıl qrupu Ermənistan-Azərbaycan sərhədində vəziyyətin deeskalasiyası üçün təkliflər hazırlayacaq.
"Unikal" RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə KTMT-nin mətbuat xidməti bildirib.
“Missiyaya yaranmış gərginliyin azaldılması üçün təkliflər hazırlamaq vəzifəsi həvalə edilib”, - bəyanatda deyilir.
KTMT-nin birgə qərargahı qeyd edib ki, bəzi sərhədyanı ərazilərdə mövcud vəziyyətin öyrənilməsi və monitorinqi üzrə tədbirlər, o cümlədən Ermənistan Respublikası Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin Baş Qərargahının rəhbərliyi, Rusiya Federasiyasının Ermənistan Respublikasındakı səfirliyi, Rusiya FTX-nin Ermənistan Respublikasındakı sərhəd idarəsi və 102-ci Rusiya hərbi bazasının komandanlığı ilə işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulub .