Xarkov vilayətinin işğaldan azad edilmiş İzyum şəhəri yaxınlığındakı meşə qəbiristanlığında 400-dən çox insanın cəsədinin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko məlumat verib.
"Onlar indicə 400-dən çox insanın cəsədinin basdırıldığı meşədəki qəbiristanlığın fotolarını yayımladılar. Buçada olduğu kimi hər bir cəsədi eksqumasiya etmək lazım gələcək. İzyum yaxınlığındakı qəbiristanlıqda dəfn edilən 400-dən çox insanın hər birinin ölüm şəraitini müəyyənləşdirəcəyik”, - Geraşenko bildirib.
Gülayə Mecid