Dünya siyasətində və iqtisadiyyatında dönməz əsaslı dəyişikliklər baş verir.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin ŞƏT sammiti çərçivəsində deyib.
O, “bir-biri ilə kənardan tətbiq edilən bəzi qaydalar əsasında deyil, beynəlxalq hüququn aliliyi və BMT Nizamnaməsinin hamılıqla tanınmış prinsipləri əsasında qarşılıqlı əlaqədə olan yeni güc mərkəzlərinin artan rolunu” qeyd edib.
"Əlbəttə, ŞƏT-in fəaliyyətinin əsas hissəsi ənənəvi olaraq əməkdaşlığın iqtisadi hissəsinin gücləndirilməsidir. Birgə səylərlə ticarət və investisiya mübadiləsi genişlənir, müxtəlif sahələrdə qarşılıqlı faydalı kommersiya layihələri həyata keçirilir. Milli valyutalarda hesablaşmaların payı artır”, - Putin bildirib.
Gülayə Mecid