Dünyada COVID-19-dan ölənlərin sayı 6,5 milyonu, koronavirus infeksiyasına yoluxanların sayı isə 608 milyonu keçib.
"Unikal" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlama yayıb.
ÜST pandemiyanın başlanğıcından indiyədək 608 328 548 yoluxma və 6 501 469 nəfərin ölməsi barədə məlumat alıb. Gün ərzində yoluxanların sayı 499 868 nəfər, ölənlərin sayı isə 1 708 nəfər artıb.
ÜST-nin statistikası yalnız dövlətlər tərəfindən verilən yoluxmuş və ölənlər haqqında rəsmi təsdiqlənmiş məlumatları nəzərə alır.
ÜST-ə bildirilən infeksiyanın ən çox təsdiqlənmiş halları ABŞ-dadır - 94 237 260, Hindistan (44 522 777), Braziliya (34 558 992), Fransa (33 796 693) və Almaniyada (32 643 742) .
Ən ölümcül nəticələr də ABŞ-dadır - 1 041 323, ikinci sırada Braziliya (685 121), üçüncü yerdə Hindistan (528 273) qərarlaşıb. Ondan sonra Rusiya (385 837) və Meksika (329 767) gəlir.
ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus çərşənbə günü Cenevrədə keçirdiyi brifinqdə bildirib ki, koronavirusdan qlobal ölüm nisbəti 2020-ci ilin martından bəri ən aşağı səviyyəyə düşüb.