İran lideri Əli Xameneinin "ölməsi" və ya "ağır xəstə olması" iddialarından sonra ilk dəfə onun görüntüləri yayılıb.
"Unikal" xəbər verir ki, mediaya təqdim edilən görüntülərdə Xameneinin paytaxt Tehranda İmam Xomeyni Hüseyniyyəsində keçirilən Ərbəin mərasimləri çərçivəsində ölkədəki gənclik qruplarının nümayəndələri ilə görüşdüyü əks olunub.
Tehran administrasiyasına qarşı çıxan media və sosial media istifadəçiləri tərəfindən “öldü, ürəyindən əməliyyat keçirdi, komada idi” kimi müxtəlif iddialar irəli sürülən Xamneyinin Ərbəin mərasimində gənclərlə görüntülərinin yayımlanması iddiaları təkzib edib.