ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb.

"Unikal" xəbər verir ki, yardımın həcmi 1,1 milyard dollardır. Yardım paketinə 18 ədəd HIMARS raket sistemləri və zirehli maşınlar daxildir. Ukrayna Silahlı Qüvvələrinin son uğurlarında HIMARS və digər oxşar sistemlər əsas rol oynayıb. Yeni yardım paketinə 300-ə yaxın minik avtomobili, onlarla yük maşını, ağır texnika, radar, rabitə, müşahidə və digər avadanlıqların daşınması üçün qoşqular daxildir 

Qeyd edək ki, ABŞ-ın müharibədən sonra Ukraynaya ayırdığı hərbi yardım 15 milyard dollara yaxındır.

Gültəkin