Qərb Rusiyanı zəiflətmək və məhv etmək üçün yeni şans axtarır.
"Unikal" rus mediasına istinadən xəbər verir ki, bunu Vladimir Putin Böyük Kreml sarayında Ukraynanın dörd regionunun Rusiyaya birləşdirilməsinə həsr olunan mərasimdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Qərb öz soyğunçu siyasətini davam etdirərək neokolonial sistemi yaşatmaq üçün hər şeyi etməyə çalışır.
“Qərb Rusiyanı azad cəmiyyət deyil, müstəmləkə kimi görmək istəyir. Biz öz dəyərlərimizi Qərbdən qoruyacağıq. Qərb cəzasızlığa ümid edir və indiyə qədər də belə olub. Qərbə Rusiya lazım deyil, amma bizə Rusiya lazımdır”.