Norveç hakimiyyəti Rusiya ilə sərhədi bağlamağı düşünür.
"Unikal" xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat yayıb.
"Lazım gələrsə, sərhədi tez bağlayacağıq, dəyişikliklər ən qısa zamanda qüvvəyə minə bilər. Finlandiya ilə müqayisədə Norveçə daha az adam gəlir və burada vəziyyət fərqlidir. Storskoq Rusiya ilə yeganə sərhəd keçid məntəqəsidir. Biz sərhəddəki vəziyyətlə bağlı polis və gömrüklə sıx dialoq aparırıq və gələn hər kəsi diqqətlə yoxlayırıq", - deyə ədliyyə və fövqəladə hallar naziri Emili Enger Mehl bildirib.
Norveç hökuməti hesab edir ki, Rusiyada elan edilmiş qismən səfərbərlik və Rusiya vətəndaşlarına mümkün səyahət qadağası rusların sərhədi qanunsuz keçmə hallarının artmasına səbəb ola bilər. Bildirilir ki, Rusiya ilə sərhəd rayonlarda polis helikopterlərinin uçuşu həyata keçiriləcək.
Ağarza Elçinoğlu