Daha bir könüllü qrupu Qroznıdan Ukraynadakı müharibəyə cəlb olunub.
"Unikal" xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, könüllülər Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetində sürətləndirilmiş təlim keçiblər və indi "rus ordusunun sıralarına qoşulacaq və onlarla birlikdə ümumbəşəri şərə qalib gələcəklər".
Döyüşçüləri müharibə zonasına Çeçenistan parlamentinin sədri Maqomed Daudov və Rusiya Milli Qvardiya Qoşunları Federal Xidmətinin regional idarəsinin rəisi Şarip Delimxanov müşayiət edib.
Ağarza Elçinoğlu