ABŞ Rusiyaya qarşı növbəti sanksiyaları tətbiq edib. Dövlət Dumasının və Federasiya Şurasının üzvləri yeni sanksiyalara məruz qalıblar.
"Unikal" xəbər verir ki, Şoyqu, Medvedev, Mişustin və Sobyaninin ailə üzvləri yeni sanksiyalara məruz qalıb.
Rusiya Federasiyası, Çin, Ermənistan və Belarusda yerləşən şirkətlər yeni anti-Rusiya sanksiyalarına məruz qalıb.
ABŞ Rusiya Federasiyası Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinaya qarşı sanksiyalar tətbiq edib.
Dövlət Departamenti Rusiya əleyhinə tədbirlər çərçivəsində 910 nəfərə, o cümlədən Rusiya Federasiyası və Belarusun hərbi dairələrinin nümayəndələrinə qarşı viza məhdudiyyəti tətbiq edib. ABŞ vətəndaşı olmayan şəxslər Rusiya Federasiyasının tərkibinə yeni ərazilərin daxil olması ilə əlaqədar onu dəstəklədiklərinə görə sanksiyalara məruz qala bilərlər. Maliyyə Nazirliyinin yaydığı məlumatda o, da qeyd olunub ki, ABŞ Ticarət Departamenti Rusiyaya qarşı ixrac nəzarəti rejimini pozduğuna görə 57 təşkilatı qara siyahıya salıb.
Gültəkin Ələsgər