Donetsk, Luqansk Xalq Respublikaları, (özünü elan etmiş - red) Zaporojye və Xerson vilayətlərinin bərpası prosesində yeni mərhələ başlanıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Marat Xusnullin deyib.
O qeyd edib ki, görüləcək işlərin həcmi və inşaatçıların sayı artırılacaq.
"Mən LXR, DXR, Zaporojye və Xerson vilayətlərinin bütün sakinlərini regionların Rusiya Federasiyasının tərkibinə daxil edilməsi münasibətilə təbrik edirəm. İndi regionların bərpası ilə bağlı ümumi işimizin yeni mərhələsi başlayır. Biz bərpa işlərinin həcmini artıracağıq, inşaatçılar komandasını artıracağıq və yeni obyektlər tikəcəyik", - deyə Xusnullin sentyabrın 30-da öz "Telegram" kanalında vurğulayıb.
Ağarza Elçinoğlu