ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan və NATO-nun baş katibi Yens Stoltenberq cümə günü Rusiyanın yeni ərazilərin birləşdirilməsi ilə bağlı referendumlar keçirməsi və “Şimal axını 2” qaz kəmərinin “açıq-aşkar təxribatı” ilə bağlı narahatlığını ifadə ediblər.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.
“Baltik dənizində “Şimal axını” boru kəmərinin aşkar təxribatı ilə əlaqədar onlar kritik infrastrukturun qorunmasını müzakirə ediblər”, – Ağ Evin bəyanatında deyilir.
Avropa İttifaqı və ABŞ referendumların nəticələrini tanımadıqlarını bəyan ediblər və artıq ABŞ və Böyük Britaniya bununla bağlı Rusiya Federasiyasına qarşı sanksiyaları genişləndiriblər.
Rusiya prezidenti Vladimir Putin Kremldə çıxışı zamanı deyib ki, “Şimal axını” hadisələri Qərb dövlətlərinin dəstəklədiyi təxribatdır.
Gültəkin