Ceyms Bond seriyasının son filmi olan 'Ölməyə Zaman Yox' filmində istifadə edilən avtomobil 2,92 milyona hərraca çıxarılıb.

"Unikal" xəbər verir ki, Daniel Kreyqin baş rolda oynadığı 25-ci Bond filmi “Ölməyə vaxt yoxdur”da istifadə olunan avtomobil Londonda hərraca çıxarılıb. 2021-ci ildə Aston Martinin filmində kaskadyorlar üçün xüsusi olaraq hazırlanmış səkkiz avtomobildən biri olan avtomobil 2,92 milyon funta satılıb.

Avtomobilin satışından əldə olunan gəlir 1976-cı ildə Kral Çarlz tərəfindən yaradılmış Princes Trust adlı xeyriyyə fonduna bağışlanıb.