"Onlar (KTMT nümayəndələri - red.) dedilər ki, Ermənistanın KTMT-dən çıxacağı qorxusu var, mən bunun əksini formalaşdırdım, dedim ki, KTMT-nin Ermənistanı tərk edəcəyi qorxusu var".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə televiziyasına müsahibəsində deyib.
Paşinyanın sözlərinə görə, o həm KTMT sədri kimi, həm də Ermənistanın Baş naziri kimi çox çətin vəziyyətdir.
Baş nazirin sözlərinə görə, onlar əvvəllər KTMT-dən təminat alıblar ki, Ermənistan sərhədi KTMT üçün qırmızı xəttdir: "Keçən il Sotk-Xoznavar hadisələri baş verəndə biz KTMT-yə müraciət etdik və çox qəribə cavab aldıq. Dedilər ki, sərhəd demarkasiya və delimitasiya olunmur. Buradan sual yarandı: Qırmızı xətt hardan keçir və biz bu suala cavab ehtiyacını aydın şəkildə formalaşdırdıq. Ermənistanla Azərbaycan arasında sərhəd olmadığını demək KTMT-nin də olmadığını deməkdir, çünki KTMT-nin sərhədlərlə işarələnmiş məsuliyyət zonası var, sərhəd yoxdursa, deməli, təşkilat da yoxdur", - Paşinyan vurğulayıb.
Ağarza Elçinoğlu