Bu gün İranın cənub-şərqində yerləşən Sistan və Bəluçestan vilayətinin Zahidan şəhərində baş verən hadisələrdə ən azı 19 nəfər ölüb və 15 nəfər yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə İranın dövlət informasiya agentliyi (İRNA) məlumat verib.
Məlumata görə, hadisələr nəticəsində 16 polis əməkdaşı yaralanıb.
Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq 19 sentyabrdan etibarən İranın bir neçə şəhərində aksiyalar keçirilib. M.Əmini şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib.