ABŞ gələn həftə Kiyevə növbəti hərbi yardım paketini açıqlayacaq.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan məlumat verib.
Sallivan həmçinin qeyd edib ki, ABŞ lideri Cozef Bayden Ukraynaya 12,4 milyard dollar əlavə yardım da daxil olmaqla hökumətin maliyyələşdirilməsini davam etdirmək üçün cümə günü Konqres tərəfindən təsdiqlənmiş qanun layihəsini imzalayacaq.
Bir gün əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin bildirib ki, Birləşmiş Ştatlar müttəfiqləri ilə Kiyevə həm silahların tədarükü, həm də Ukrayna hərbçilərinin təlimi daxil olmaqla yeni yardımın göstərilməsi perspektivlərini müzakirə edir.
Həmçinin ABŞ Senatı Kiyevə 12,4 milyard dollarlıq əlavə yardım layihəsini təsdiqləyib.
Ağarza Elçinoğlu