İraqın paytaxtı Bağdadda dördmərtəbəli yaşayış binası çöküb.
"Unikal" xəbər verir ki, hadisə nəticəsində azı 2 nəfər həlak olub.
Xilasedicilər 13 nəfəri dağıntılar altından sağ çıxara bilib. Daha 9 nəfərin axtarışları davam etdirilir.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.