"Cənubi Qafqazda Azərbaycanın Vətən müharibəsində zəfərindən sonra bölgədə daimi sülh üçün bir ümid yaranıb".
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib.
“Ortaya çıxan yeni vəziyyətin bölgədə qalıcı sülh və hüzurun təmin edilməsi üçün üzərimizə düşəni edirik. Təyin etdiyimiz xüsusi nümayəndələr vasitəsilə Ermənistanla münasibətləri yeni bir səviyyəyə daşıma iradəmizi ortaya qoyduq. Ermənistan ona təklif olunan sülh fürsətini yaxşı dəyərləndirməlidir”, - deyə Ərdoğan bildirib.
Türkiyə lideri Praqada Ermənistan Baş naziri Nikol Paşinyanla görüşünün baş tuta biləcəyini də qeyd edib.