Rusiyanın “Şimal axını 2” boru kəmərində qaz sızması dayandırılıb.
"Unikal" xəbər verir ki, bu barədə Danimarka Enerji Agentliyi "Twitter"də məlumat yayıb.
" "Şimal axını 2" boru kəmərini işlədən şirkətə Rusiyadan Almaniyaya qədər uzanan boru kəmərində təzyiqin balanslaşdırılmış olduğu bildirilib. Bu, kəmərdə sızmanın dayandığını göstərir”, - deyə paylaşımda qeyd olunub.