KTMT-nin Baş katibi Stanislav Zas Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb, onunla təşkilatın məsuliyyət zonasındakı vəziyyət barədə danışıb.

"Unikal" xəbər verir ki, bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov bildirib.
"Təşkilatın cari fəaliyyəti və inkişafı ilə bağlı məsələlərin ətraflı müzakirəsi, KTMT-nin məsuliyyət zonasındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb", - KTMT sözçüsü vurğulayıb.

Zas Lavrova KTMT-nin nizamnamə orqanlarının iclaslarına hazırlıq və Kollektiv Təhlükəsizlik Şurasının tapşırıqlarının yerinə yetirilməsi barədə məlumat verib.