Donald Tramp 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

"Unikal" xəbər verir ki, bu barədə eks-prezident Floridadakı Mar-a-Laqo malikanəsində çıxışı zamanı bildirib. 

"Bu axşam mən ABŞ prezidentliyinə namizədliyimi elan edirəm", - siyasətçi qeyd edib. 

O, bunu Amerikanı yenidən böyük etmək üçün etdiyini deyib. 

Bundan əvvəl Trampın prezidentliyə namizədliyinin irəli sürülməsi üçün müraciət etdiyi KİV-də dərc edilmişdi. 

xxx

06:07

Amerikanın keçmiş lideri Donald Tramp ABŞ prezidentliyinə namizədliyinin irəli sürülməsi üçün sənədləri təqdim edib. 

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat dərc edib. 

Respublikaçılar Partiyasının aralıq konqres seçkilərində əldə etdiyi nəticələrə baxmayaraq, Tramp 2024-cü ildə ölkədə prezidentliyə namizəd olmaq niyyətindədir. 

Ağarza Elçinoğlu