Kreml rəhbərliyi Rusiyada yüzlərlə pilotsuz uçuş aparatının (PUA) istehsalı üçün Tehranla razılığa gəlib. 

"Unikal" xəbər verir ki, bu barədə "Washington Post" qəzeti məlumat yayıb. 

Qəzet ABŞ və digər Qərb təhlükəsizlik qurumlarının kəşfiyyat məlumatlarına əsaslanaraq Rusiya və İran rəsmilərinin noyabrın əvvəlində İranda keçirilən görüşdə razılaşmanı yekunlaşdırdıqlarını bildirib.

Rusiya Müdafiə Nazirliyi buna cavab verməyib.

Ağarza Elçinoğlu