"Həm İsveç, həm də Finlandiya Ankara ilə imzalanmış terrorla mübarizə memorandumunu həyata keçirmək üçün hələ də bir sıra tədbirlər görməlidirlər".

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.,

“Hələlik konkret addım atmayıblar. Onlar ekstradisiya və hüquqi tənzimləmələrlə bağlı konkret gözləntilərə uyğun gəlmirdilər. Prezidentimiz də bu sualları İsveçin baş nazirinə ünvanladı. Ümumilikdə proses müsbət gedir, lakin hələ də görülməli olan tədbirlər var”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, iddiaların əksəriyyəti İsveçlə bağlıdır.

Çavuşoğlu bildirib ki, sabah Buxarestdə keçiriləcək NATO Xarici İşlər Nazirləri Zirvə toplantısında Türkiyə tərəfi İsveç və Finlandiya nümayəndələri ilə üçtərəfli danışıqlar aparacaq.

Gültəkin