Rusiyanın Tambov şəhərində qeyri-adi hadisə baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı gənc onunla evlənmək istəməyən 18 yaşlı qızı atası və böyük qardaşı ilə birlikdə qaçırıb.  

Qızın qaçırılma anı anbaan təhlükəsizlik kamerasına düşüb. Hadisədən sonra qızın anası polisə müraciət edib.

Çox keçməyib ki, qızı qaçıran 20 yaşlı oğlan saxlanılıb. Lakin ata və  qardaşı tapmaq mümkün olmayıb.18 yaşlı Şamoyanın atası və qardaşının itkin düşdüyü bildirilib. Ata və oğul barəsində cinayət işi açılıb. Onları 12 ilə qədər həbs gözləyir.