İstanbulda tramvay və avtobusun toqquşması nəticəsində baş verən qəzada xəsarət alanların sayı artıb. 

"Unikal" xəbər verir ki, İstanbul bələdiyyəsinin yaydığı məlumata görə xəsarət alanların sayı 33 nəfərə çatıb. 

"Təəssüf ki, bu gün səhər saatlarında Alibeyköy məhəlləsində baş verən qəza nəticəsində 33 şəhər sakini xəsarət alıb", - məluatda deyilir. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib və onlara tibbi yardım göstərilir.

Ağarza Elçinoğlu 

xxx

11:46

Türkiyənin İstanbul şəhərinin Eyübsultan rayonunda tramvayla sərnişin avtobusu toqquşub. 

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 19 nəfər yaralanıb. 

Qəza yerinə çoxlu sayda təcili tibbi yardım heyəti, polis əməkdaşları və xilasedicilər cəlb olunub.