Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Qərb ölkələrinin Rusiya neftinin qiymətinə tavan tətbiq etməsinə münasibət bildirib. 

"Unikal" xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi dekabrın 5-də jurnalistlərin Rusiyanın bu tədbirə reaksiyası ilə bağlı sualına cavab verərdən deyib. 

O, bu barədə cavab qərarının hazırlandığını qeyd edib: "Qərar hazırlanır, bir şey göz qabağındadır - biz heç bir tavanı tanımayacağıq". 

O, həmçinin əlavə edib ki, Qərb dövlətlərinin bu addımı dünya enerji bazarlarında sabitliyin pozulmasına gətirib çıxaracaq.

Ağarza Elçinoğlu