Rusiya Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanmasında maraqlıdır.

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla Moskvada keçirilən görüş zamanı deyib. 

"Rusiya Ermənistanla Azərbaycan arasında nəqliyyat əlaqələrinin açılmasına, sərhədlərin demarkasiyasına və sülh müqaviləsinin bağlanmasına töhfə vermək niyyətindədir", - Rusiyanın baş diplomatı vurğulayıb.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, xarici işlər nazirlərinin görüşündə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi, regional və beynəlxalq gündəliyin cari aspektləri, o cümlədən Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üzrə fikir mübadiləsi aparılacaq.

Ağarza Elçinoğlu