Monqolustanın paytaxtı Ulan-Batorda Hökumət Sarayının qarşısında minlərlə insan korrupsiyaya qarşı etiraz aksiyası keçirib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, mitinqlər artıq üçüncü gündür davam edir. 

Vətəndaşların narazılığına səbəb təxminən 2 milyard dollar dəyərində 6,5 milyon ton kömürün oğurlanması ilə bağlı xəbərlər olub. Monqolustandan ixrac edilən kömürün miqdarının ölkənin ümumi ixracının təxminən 86 faizini alan Çinin qəbul etdiyi kömürdən fərqli olduğu bildirilir.

Məlumata görə, Monqolustan hakimiyyəti etirazçılardan iki saat ərzində Hökumət Sarayının qarşısındakı meydanı tərk etməyi tələb edib və aksiyanı güc yolu ilə dağıtmağa hazır olduqlarını bildirib.

Ağarza Elçinoğlu