Macarıstan hakimiyyəti 2023-cü ildə Aİ-nin Ukraynaya 18 milyard avroluq makromaliyyə yardımının ayrılmasını dəstəkləməyib.
"Unikal" xəbər verir ki, bu barədə “Radio Svoboda”nın Avropa üzrə müxbiri Rikard Yozvyak məlumat verib.
"Gözlənildiyi kimi, Avropa İttifaqının maliyyə nazirləri bu gün Brüsseldə görüşəndə Ukrayna üçün 18 milyard vəsaitin ayrılmasına razılıq verilməyib", - mesajda deyilir.
Yozvyak qeyd edib ki, Macarıstan öz maliyyəsini təmin etmək ümidi ilə bu yardımın verilməsinə mane olur.
"Hər kəsin Budapeşti tənqid etdiyi çox emosional debat oldu, lakin heç bir nəticəsi olmadı", - deyə jurnalist əlavə edib.
Seymur Əli