Meksikanın paytaxtı Mexikoda turist avtobusu körpüyə çırpılaraq qəzaya uğrayıb. 

"Unikal" Meksika mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 41 nəfər yaralanıb.

Əraziyə yanğınsöndürənlər və təcili yardım maşınları göndərilib.

Qəza ilə bağlı prokurorluq araşdırmalara başlayıb.

Ağarza Elçinoğlu