Gəncədə özünü körpüdən atmaq istəyən qadın xilas edililib.
"Unikal"ın bölgə müxbiri xəbər verir ki, 1990-cı il təvəllüdlü, Gəncə şəhər sakini T. Abdullayeva Gəncə çayı üzərindəki körpülərdən birindən özünü atmaq istəyib. Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları qadına yaxınlışıblar. Qadınla proflaktik söhbətlər apardıqdan sonra o xilas edilib. İlkin araşdırmalar zamanı xanım yaxın qohumları tərəfindən şantaj olunduğunu, buna görə də intihar etmək istədiyini bildirib. Hazırda şəhər prokurorluğunda araşdırma aparılır.
Tural Əhmədov