"Aİ Kiyevə silah verməklə öz hərbi ehtiyatlarını tükəndirib" .
"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.
Onun sözlərinə görə, Ukrayna münaqişəsi Avropa İttifaqının hərbi imkanları ilə bağlı "oyanış zəngi"nə çevrilib.
"Biz Ukraynaya silah verdik , lakin bununla da hərbi ehtiyatlarımızın tükəndiyini anladıq", - Borrell yazıb.
Bloomberg daha əvvəl yazmışdı ki, Avropa İttifaqı Ukraynaya silah tədarükü üçün maliyyə fondunu 2 milyard avro artırmağı planlaşdırır. Həmçinin Aİ diplomatiyasının rəhbəri bildirib ki, Birlik Kosovo EULEX-dəki missiyasına hücumlara dözməyəcək .