İyulun 17-də saat 12:00 radələrində 2 azyaşlı şəxs (biri kişi, digəri qadın cinsi olmaqla) Yevlax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən "Unikal"a verilən məlumata görə, daxil olan xəstələrin birində beyin əsasının sınığı, sol alın payında hematoma və gicgah sümüyünün sınığı diaqnozu təyin olunub, vəziyyəti ağır qiymətləndirilir.

Digər şəxsin yüngül xəsarətlərlə tibb müəssisəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

**** 14:07

Goranboyda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub.

"Unikal"ın məlumatına görə Daşkəsən rayonun Bayan kəndində qeydiyyatda olan 1958-ci il təvəllüdlü Nəsibə Nağıyeva idarə etdiyi "Hyundai" markalı 77 HD 580 dövlət nömrə nişanlı avtomaşını sürən zaman idarəetməni itirərək yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü Nağıyeva  Nəsibə Bəylər qızı və nəvəsi 2018-ci il təvəllüdlü Məmmədli Firuzə Samir qızı qəza yerində dünyasını dəyişib. Sürücünün qızı 1990-cı il təvəllüdlü Məmmədli Ayşən Fərrux qızı yüngül xəsarət alıb. Digər 2 nəfər yaralı sürücünün nəvələri 2016-cı il təvəllüdlü Məmmədli Əsmər Samir qızı və 2021-ci il təvəllüdlü Məmmədli Alixan Samir oğlu yaralı vəziyyətdə Yevlax rayon MX-na çatdırılıb.

*** 12:47

Goranboyda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"Hyundai" markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə, minik maşını yolun kənarına aşıb. 2 nəfərin öldüyü bildirilir. 

Qəzada 3 nəfər isə ağır xəsarət alıb. Onlar təcili tibbi yardım avtomobilləri ilə Yevlax xəstəxanasına aparılıb.

Qeyd edək edək ki, qəzaya düşən avtomobilin sürücüsü qadın olub.

Tural Əhmədov