İyulun 16-da saat 13 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yasamal rayon prokurorluğundan "Unikal"a bildirilib ki, araşdırma zamanı 1986-cı il təvəllüdlü Vasif Kərimovun aralarında yaranmış mübahisə zamanı silahdan atəş açaraq arvadı Fərqanə Kərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.  

Fərqanə Kərimova xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Vasif Kərimov iş üzrə şübhəli şəxs qismində tutulub.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

***

16:25

Yasamalda həyat yoldaşını güllələyən şəxs Bakıdakı özəl klinikalardan birinin rəhbəridir.

"Unikal" Apa-ya istinadən xəbər veirr ki, həyat yoldaşını odlu silahla yaralamaqda şübəli bilinərək saxlanılan Kərimov Vasif Qaraxan oğlu “Referans Medı-Art Hospital" MMC-nin (Mərdəkan filialı) direktorudur.

***15:20

Bu gün paytaxtın Yasamal rayonunda güllələnmə olub.

"Unikal" xəbər verir ki, hadisə Məhəmməd Xiyabani küçəsi qeydə alınıb. 

38 yaşlı Vasif Kərimov 39 yaşlı həyat yoldaşı Fərqanə Kərimovanı güllələyib.

Keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən V.Kərimov saxlanılıb

Faktla bağlı araşdırma aparılır.