"Məni təhqir etmək üçün "türk" adlandırmağa meylli insanlara demək istəyirəm ki, onlar məni əsla təhqir etmirlər, çünki bunu təhqir kimi qəbul etmirəm".
"Unikal" "Armenian News"-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O əlavə edib ki, Ermənistanda kimisə sərt formada təhqir etmək üçün ona türk deyirlər. Bu qəbuledilməzdir. "Bir çox məlum hallara görə, mən tez-tez belə rəftarla "mükafatlandırıldım"".
Paşinyan xalqların pislənməsinə səbəb və onlar arasında düşmənçiliyin dərinləşməsi platformasına çevrilməsini istəmədiyini bildirib.
Onun fikrincə, regionda düşmənçilik nəzarət altına alınmalıdır və bu, Ermənistan-Türkiyə, Ermənistan-Azərbaycan münasibətlərində mövcud olan nifrət sözünün idarə edilməsindən başlamalıdır.
“Biz Ermənistanda siyasi rəqibləri və ya rəqibləri təhqir etmək üçün başqa millətin adından istifadə etməyi dayandırmalıyıq. Biz bu reallıqları dəyişməliyik. Azərbaycanda da kiməsə "erməni" deyirlər, incitməyə çalışırlar. Hesab edirəm ki, hökumət səviyyəsində bu reallıqlarla razı olmadığımızı söyləməliyik”, - Ermənistanın baş naziri əlavə edib.