Rusiya Federasiyasının Ukraynaya hücumu nəticəsində 447 uşaq həlak olub, 856 uşaq yaralanıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
"2022-ci il dekabrın 15-i səhər saatlarına Rusiya Federasiyasının genişmiqyaslı silahlı hücumu nəticəsində Ukraynada 1303-dən çox uşaq xəsarət alıb. 447 uşaq ölüb, 856-dan çox uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar", - məlumatda deyilir.
Gülayə Mecid