Ukraynanın Nikolaev və Odessa vilayətlərində, həmçinin Xerson vilayətinin Kiyevin nəzarətində olan hissəsində hava həyəcanı elan edilib.
"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilir ki, saat 03:10-da Xarkov vilayətində, eləcə də Zaporojye vilayətinin Ukraynanın nəzarətində olan hissəsində və Donetsk Xalq Respublikasında həyəcan siqnalı verilib.
Qeyd edək ki, ötən gün Ukraynanın altı mərkəzi və şərq regionunda - Çerkassı, Kirovoqrad, Dnepropetrovsk, Poltava, Sumı və Xarkov vilayətlərində hava xəbərdarlığı elan edilib. Hava hücumu xəbərdarlığı 40 dəqiqə sonra ləğv edilib.
Gülayə Mecid