ABŞ-ın Virciniya ştatının keçmiş senatoru, istefada olan polkovnik Riçard Blek Ukraynanın Rusiya ilə qarşıdurmada uduzduğu fikrini bildirib.
"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, o bu sözləri Şiller İnstitutunun təşkil etdiyi videokonfrans zamanı deyib.
“Ukraynada Baxmut uğrunda gedən döyüş tədricən Ukrayna ordusu üçün fəlakətə çevrildi, çünki Rusiya gələn ilin əvvəlinə qədər silahlı qüvvələrinin sayını dörd dəfə artırmağa uğurla başlayıb”, - eks-senator bildirib.
Blekin sözlərinə görə, Ukrayna ordusu “minlərlə əsgərini Baxmutda ölüm qazanına atır” və görünür, “heç bir çarəsi yoxdur”.
“Ölən ukraynalıların sayı sadəcə şokdur. Ukraynalıların bütöv bir nəsli indi döyüşdə ölür. Ukrayna əhalisi çox azdır ki, öz ordusunun itkilərini doldura bilməyəcək. Onlar müharibə uduzdu”, - deyib.
Gülayə Mecid