Macarıstanın baş naziri Viktor Orban Qətər və Mərakeşin Aİ işlərinə müdaxiləsi ilə bağlı korrupsiya qalmaqalına görə Avropa Parlamentinin buraxılmasını təklif edib.
"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Onun sözlərinə görə, islahatların aparılması üçün Aİ-yə üzv ölkələrin milli nümayəndələrindən ibarət yeni qurum yaradılmalıdır.
“Əgər biz ictimai etimadı bərpa etmək istəyiriksə, Avropa Parlamentini buraxmağın vaxtı çatıb. Bizim həllimiz: milli nümayəndələrdən ibarət yeni Avropa Parlamentinin yaradılmasıdır. Bu, daha çox nəzarət, cavabdehlik və etibar təmin edir”, - Macarıstanın baş naziri bildirib.
Gülayə Mecid