İngiltərədə Mühafizəkarlar Partiyasından olan deputat Alicia Kirns İranda “İngiltərə əlaqələri” olan 7 nəfərin həbsindən sonra qərbliləri bu ölkəni tərk etməyə çağırıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, deputatın sözlərinə görə, İran rejim əleyhinə tüğyan edən etirazlar zamanı günahı xarici güclərin üzərinə atır.
Sözügedən 7 nəfərin “Zaqros” kod adlı qrupun üzvləri olduğu və Kirman vilayətində həbs edildiyi açıqlanıb.