Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski özünün Telegram kanalında Rusiyanın iştirakı olmadan BMT-nin ərazisində “sülh sammitinin” keçirilməsinin mümkün olmadığını bildirib.

"Unikal" gazeta.ru-ya istinadən xəbər verir ki, o, Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın 2023-cü ilin fevral ayının sonuna qədər “sülh sammiti”nin keçirilməsi təklifini və Ukrayna Xarici İşlər Nazirliyinin Rusiyanın guya BMT və BMT-yə üzv olması barədə bəyanatını şərh edib. 

"Rusiyasız “sülh sammiti” ola bilər? Bunu Ukraynasız təsəvvür etmək çox asandır. Və bu, Kuleba (Ukraynanın xarici işlər naziri Dmitri Kuleba red.) və Kislits (Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislits red.) üçün kabus ssenaridir", - o,  vurğulayıb. 

Bundan əvvəl Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayaraq Rusiyanın BMT-dən çıxarılmasını tələb etmişdi.

Gülayə  Mecid