Ukrayna Təhlükəsizlik Xidməti rus oliqarxının təxminən 2 milyard qrivna dəyərində əmlakını müsadirə edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə SBU məlumat yayıb.
"Ukraynanın bir neçə dəniz limanının ərazisində gizli xammal aşkar edilib. Çıxarılan faydalı qazıntıların ümumi dəyəri demək olar ki, 2 milyard UAH təşkil edir", - hesabatda deyilir.
Aşkar edilmiş dəmir filizi partiyasının Kremlin ali hərbi-siyasi rəhbərliyinin yaxın çevrəsinə daxil olan rusiyalı oliqarx Əlişir Usmanovun şirkətinə məxsus olduğu müəyyən edilib.
Gülayə Mecid