Rusiya prezidenti Vladimir Putin "İmperator III Aleksandr" kreyserini suya buraxıb.
"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, sözügedən gəmi Borey-A ailəsinin raketdaşıyıcısıdır, bortunda 16 "Bulava" ballistik raketi daşıya bilir.
Daha əvvəl Putin Rusiya Federasiyasının hərbi gəmilərin inşası sürətini artıracağını demişdi.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu idarənin kollegiya iclasında bildirib ki, 955A layihəli "Generalissimo Suvorov" nüvə sualtı kreyseri Rusiya Federasiyasının Hərbi Dəniz Qüvvələrinə qəbul edilib.
Ağarza Elçinoğlu