Rusiya prezidenti Vladimir Putin bir sıra ikitərəfli və regional məsələləri müzakirə etmək üçün cümə günü Çin sədri Si Cinpinlə videobağlantı vasitəsilə danışacaq.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib. O, qeyd edib ki, "Prezidentlər ilk növbədə, ikitərəfli Rusiya-Çin münasibətləri haqqında danışacaqlar" dedi.
“Və təbii ki, daha kəskin regional problemlər – bizə, Rusiyaya və Çinə daha yaxın olan problemlərə dair fikir mübadiləsi aparmaq çox vacib olacaq”, - deyə Peskov konkret təfərrüatlar vermədən əlavə edib.